Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Qazaxıstanda milli zəmində dəhşətli dava: 8 ölü, 40 yaralı (VİDEO)

Qazaxıstanda milli zəmində dəhşətli dava: 8 ölü, 40 yaralı (VİDEO)

Qazaxıstanın cənubunda yerləşən Canbul vilayətində əhali arasında qarışıdurma və kütləvi dava nəticəsində 8 nəfər ölüb, 40 nəfər yaralanıb.
Qaynarinfo kommersant.ru-ya istinadən xəbər verir ki, hüquq mühafizə orqanları toqquşmanın etnik zəmində baş verdiyini istisna etməyiblər. Yaralananlar arasında polis əməkdaşları da olub. Hadisə nəticəsində həmçinin 30 fərdi ev, 15 ticarət obyekti və 23 avtomobilə zərər dəyib, toqquşma iştirakçılarından 47-si saxlanılıb. İnsidentin səbəbləri dəqiqləşdirilir. Ölkə prezidenti Qasım Comərd Tokayev Baş Prokurorluğa istintaq işinin xüsusi nəzarətə götürülməsi barədə tapşırıq verib.
“Milli Təhlükəsizlik Komitəsi, Baş Prokurorluq lazımi istintaq tədbirləri həyata keçirməli və təxribat xarakterli şayiələr və yanlış məlumatlar yayaraq, etnik qarşıdurmaya çağıranlar məsuliyyətə cəlb olunmalıdır”, – deyə o bildirib.
Dava tərəflərinin hansı millətlərə aid olması haqda məlumat verilmir.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …