Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Dünya / Qazaxıstanda etirazlar səngimir: Kütləvi həbslər başladı

Qazaxıstanda etirazlar səngimir: Kütləvi həbslər başladı

Qazaxıstanın paytaxtı Nur-Sultanın “Respublika” meydanında hökumət əleyhinə aksiya keçirmək istəyən onlarla adam saxlanılıb.

Etirazçılar fəaliyyəti qadağan edilmiş “Qazaxıstanın Demokratik Seçkiləri” adlı hərəkatın üzvləri və tərəfdarlarıdır.

Polis onlarla aksiya iştirakçısını sürüyərək görünməni məhdudlaşdıran avtobuslara mindirib. Polisin ətrafda yaşayanlar da daxil olmaqla qanun pozuntusuna yol verməyən insanları və təsadüfi yoldan keçənləri saxlaması ərazidəki insanların etirazına səbəb olub.

Nur-Sultan Şəhər Polis İdarəsinin hadisə yerində olan rəis müavini Bakitjan Malıbayev insanların saxlanılması ilə bağlı sualı cavablandırmaq istəməyib: 

“Şərh sonra”, – Malıbayev belə deyib. 

Paytaxt rəhbərliyi isə hakimiyyət orqanlarının aksiyaya icazə vermədiyi üçün qanunsuz keçirildiyini bildiriblər. 

“Azadlıq“ radiosunun Qazaxıstan bürosu Çimkənd şəhərində də polisin aksiya keçirmək üçün “Ordabası” meydanına daxil olmaq istəyən bir neçə nəfəri saxladığını xəbər verir. Meydana bütün girişlər səhər tezdən polis tərəfindən bağlanılıb. Saxlanılanlar arasında avtobus dayanacağında əyləşən insanlar, o cümlədən azyaşlı uşağı olan bir qadının da olduğu bildirilir. Onlar etiraz etmək istəmədiklərini, sadəcə, avtobus gözlədiklərini deyiblər. 

Qeyd edək ki, sentyabrın 21-də Qazaxıstanın müxtəlif şəhərlərində mitinqlərin keçirilməsi qərara alınmışdı. Qazaxıstan Baş Prokurorluğu mitinqləri qanunsuz elan edib, bu aksiyaların arxasında dağıdıcı qüvvələrin dayanması barədə xəbərdarlıq edib.

Həftə ərzində Qazaxıstanda 50 fəalın saxlanıldığı bildirilir. Onların 30 nəfəri barəsində qanunvericiliyin tələblərini pozduqlarına görə inzibati qaydada həbs qərarı çıxarılıb. Həmin fəallar ölkədə Çin əleyhinə etirazlarda iştirak edib və siyasi məhbusların hüquqularını müdafiə məqsədilə keçirilən piketlərə dəstək verib. Cebhe.info

Həmçinin oxuyun

Ukrayna Baş Prokurorun müavini təyin olunan həmyerlimiz kimin qardaşıdır? – MARAQLI DOSYE

Məlum olduğu kimi, Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka əslən azərbaycanlı olan Gündüz Məmmədovu özünə müavin …