Ana səhifə / Dünya / Qazaxıstanda birdəfəyə 3 kəndin rusca adı dəyişdirilib

Qazaxıstanda birdəfəyə 3 kəndin rusca adı dəyişdirilib

Qazaxıstanın şimalındakı Akmolinsk vilayətinin eyni vaxtda 3 kəndinin «rus» adı dəyişdirilib.

Bu barədə avqustun 7-də nur.kz saytı «Xabar 24» telekanalına istinadla xəbər verib.

Telekanalın təsdiq etdiyi kimi, 3 kənd – «Krasnaya polyana», «Petrovka» və «Arbuzinka» yeni ad alıb. Bu kəndlərdə əsasən çeçenlər və inquşlar yaşayırlar və dəfələrlə onların auluna yeni ad verilməsini xahiş ediblər.

«Biz, sakinlərlə bu siyahını müzakirə etdik. Ən çox uyğun gələn adları seçdik. “Krasnaya polyana” kəndini biz, «Birlik», “Petrovka”nı «Tumar» (talisman), “Arbuzinka”nı isə «Akkent» (müqədəs yer) adlandırdıq» – Birlik kənd dairəsinin hakimi Ansar İbayev şərh edib.

Telekanalın informasiyasına əsasən, yerli sakinlər və ağsaqqallar hesab edirlər ki, yaşayış məntəqələrinin yeni adları ərazinin inkişafına impuls verəcək.

«Adların dəyişdirilməsi hələ 30 il əvvəl baş verməli idi. Amma heç vaxt gec deyil. Bu məsələ müzakirə olundu, hamı yenidən adlandırma istəyirdi ki, kəndlərin və şəhərlərin adı qazaxca olsun. Bu məsələ qaldırıldı, həll edildi. İndi irəliləyiş var, hiss olunur. Hamımıza çox xoşdur» – keçmiş “Krasnaya polyana” (Birlik) kəndinin sakini Maqomed Umarov deyir.

Amma heç yaxşı olmadı – Putinin nökəri Kadırov çeçen xalqından inciyəcək…

AzPolitika.info

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …