Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Qazaxıstana KTMT qüvvələri yeridildi, əksəriyyəti ruslardır

Qazaxıstana KTMT qüvvələri yeridildi, əksəriyyəti ruslardır

Qazaxıstandakı iğtişaşları yatırmaq üçün göndərilən KTMT sülhməramlı qüvvələrinin tərkibində Belarus hərbçiləri də yer alır. Bu informasiyanı KTMT katibliyində təsdiqləyiblər, amma konkret hansı hərbi bölmədən və hansı sayda hərbçidən söhbət getdiyini dəqiqləşdirməyiblər. Məlum olanı budur ki, Qazaxıstana yeridilən kontingentin əsas hissəsini Rusiya qüvvələri təşkil edir.

Qırğızıstan isə KTMT qüvvələrinin tərkibində öz hərbçilərini Qazaxıstana göndərmək barədə qərar verməyib, bu məsələdə parlamentin mövqeyi əsasında hərəkət edəcəyini bildirir. Qırğızıstan prezidenti Sadır Japarovun mətbuat katibi Erbol Sultanbayev bildirib ki, parlamentin dəstəkləyəcəyi halda qırğız hərbçiləri KTMT kollektiv qüvvələrinin tərkibində “müstəsna olaraq sülhməramlı fəaliyyət” üçün Qazaxıstana göndəriləcək. Lakin onların vəzifəsi ancaq strateji obyektlərin mühafizəsindən ibarət olacaq və Qırğızıstan hərbçiləri heç bir halda etirazçılara qarşı dayanmayacaq.

Lakin KTMT katibliyindən yayılan məlumata əsasən Qazaxıstana göndərilən kontingentin tərkibində Rusiya, Belarus, Ermənistan, Tacikistanla yanaşı Qırğızıstan hərbçiləri də yer alır.

 Rusiya Dövlət Dumasının müdafiə məsələləri komitəsinin sədr müavini Yuri Şvıtkin isə bildirib ki, KTMT-nin sülhməramlı əməliyyatı bir aya yaxın davam edə bilər.

Onun sözlərinə görə, vəziyyətin tam normallaşması üçün azı bir ay vaxt lazımdır. Şvıtkin Rusiya hərbi-nəqliyyat təyyarələrinin Qazaxıstan aerodromlarına enməkdə olduğunu, onların daşıdığı hərbi bölmələrin dərhal təyinat nöqtələrinə hərəkət etdiyini deyib.

Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev isə bildirib ki, KTMT-nin Qazaxıstandakı əməliyyatı həm bloka üzv ölkələrin daxili qanunvericiliyinə, həm beynəlxalq hüquqa uyğundur. Kosaçevin sözlərinə görə, sülhməramlı kontingentin yeridilməsi “məcburi” idi, çünki etirazçıların bir qismi ekstremizmə yuvarlandı və özlərini qanundan kənarda qoydu.

***

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibində Qazaxıstana hərbçi göndərib.

“Sputnik-Armeniya” xəbər verir ki, söhbət “Qazaxıstanda kütləvi etirazlar fonunda kontingentin tərkibində strateji əhəmiyyətli obyektlərin mühafizəsini təmin etməli olan 70-ə yaxın hərbçidən gedir”.

Ötən çərşənbə günü Qazaxıstan Təhlükəsizlik Şurasının iclasında çıxış edən ölkə prezidenti Qasım-Jomart Tokayev yardım üçün KTMT ölkələrinin liderlərinə müraciət etdiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, Qazaxıstanda baş verən iğtişaşları xarici təcavüz hesab edir, çünki ölkədə iğtişaşlara səbəb olan terrorçu dəstələr xaricdə təlim keçiblər.

Eyni zamanda, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin bildirib ki, Qazaxıstanda silahlı etirazçılar ölkədə vəziyyətin asan olmamasına baxmayaraq, KTMT hərbçilərinə müqavimət göstərə bilməyəcəklər. 

“Onsuz da vəziyyət asan deyil. Ən böyük çətinlik etirazçıların əllərində silahların olmasıdır. Bu, kifayət qədər təhlükəlidir”, – Şvıtkin cümə axşamı “İnterfaks”a bildirib.

 O, “hərbçilər koloniyası peyda olan kimi etirazçılar geri çəkiləcəklərinə” əmin olduğunu bildirib.

“Şübhə yoxdur ki, KTMT-nin sülhməramlı kontingenti və xüsusilə bizim hərbçilər qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklər. Bizim təcrübəmiz var, bu, Bakıdır, mən orada olmuşam, Oşda da, Fərqanədə də”, – Şaytkin bildirib.

Şvıtkin, KTMT sülhməramlı kontingentinin tərkibinə təkcə Rusiya, Belarus qüvvələrinin deyil, Ermənistan və Tacikistanın da daxil olmasını vacib sayır.

“Bunu vurğulamaq vacibdir, çünki bu, artıq demək olar ki, tamamilə KTMT-nin tərkibinə daxil olan hərbi kontingentin iştirakı ilə kompleks tədbirlərdən danışır”, – komitə sədrinin müavini bildirib.

***

11:42

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Qüvvələrinin Qazaxıstana ezam olunmuş əsas bölmələri bu ölkədə öz vəzifələrini yerinə yetirməyə başlayıblar. Bu barədə KTMT katibliyi xəbər verir.

Məlumata görə, Rusiya hava-desant qoşunları Qazaxıstana göndərilən KTMT sülhməramlı qüvvələrinin tərkibinə daxil edilib və Aerokosmik Qüvvələrin təyyarələri ilə respublikaya ötürülür.

KTMT-nin Qazaxıstandakı Kollektiv Qüvvələrinin əsas vəzifələri “dövlət və hərbi obyektlərin mühafizəsi, vəziyyətin sabitləşməsinə köməklik” olacaq.

virtualaz.org

https://youtube.com/watch?v=EgjGZV83VJc%3Ffs%3D1%26feature%3Doembed%26%26wmode%3Dopaque

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …