Bazar ertəsi , May 23 2022
Ana səhifə / Dünya / Qazaxıstan XİN Tokayevin “xəbərdarlıq etmədən güllələmək” əmrini açıqlayıb

Qazaxıstan XİN Tokayevin “xəbərdarlıq etmədən güllələmək” əmrini açıqlayıb

Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi bildirib ki, prezident Qasım-Comart Tokayevin etiraz aksiyaları zamanı verdiyi xəbərdarlıq etmədən atəş açmaq əmri nümayişçilərə şamil edilmir.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“O, mütləq nümayişçiləri nəzərdə tutmayıb. Bu, silahlı yaraqlılara güclü siqnal idi ki, dayanmasalar, o zaman silahlı qüvvələrimiz və hüquq-mühafizə orqanlarının şəxsi heyəti onlara xəbərdarlıq etmədən atəş açacaq, döyüşəcək”.

Tleuberdi əlavə edib ki, Tokayevin xəbərdarlıq etmədən güllələmək ilə bağlı sözləri kontekstdən çıxarılıb.

Qazaxıstanda fövqəladə vəziyyət və komendant saatı yanvarın 19-da gecə yarısı başa çatıb. Eyni zamanda, Alma-Atada terror təhlükəsinin “qırmızı” səviyyəsi hələ də saxlanılır. Polis gecə-gündüz şəhərdə patrul edir, nəzarət-buraxılış məntəqələri fəaliyyətini davam etdirir. Meriya vətəndaşları hüquq-mühafizə orqanlarının işinə anlayışla yanaşmağa çağırıb. Bizimyol.info

Həmçinin oxuyun

İranda Heydər Əliyev Mərkəzinin oxşarı tikildi – Fotolar

Bakıdakı dünyaca məşhur Heydər Əliyev Mərkəzinin oxşarı İranda inşa olunub. Milli.Az bildirir ki, İrandakı oxşar …