Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Dünya / Qaşıqçı cinayətində daha bir sirr – MİT-in həbs etdiyi ərəb intihar edib, yoxsa…

Qaşıqçı cinayətində daha bir sirr – MİT-in həbs etdiyi ərəb intihar edib, yoxsa…

Fələstinli BƏƏ vətəndaşı Zəki Mübarəkin ölüm işi beynəlxalq qalmaqala çevrilə bilər

İstanbulda Silivri həbsxanasında intihar edən BƏƏ vətəndaşı ilə bağlı qalmaqal böyüyür. Fələstin əsilli BƏƏ vətəndaşı Zəki Mübarəkin qardaşı Zeynal Mübarək qardaşının Türkiyədə qətlə yetirildiyini iddia edib. “Sputnik”in xəbərinə görə, Səudiyyə Ərəbistanı mediasına müsahibəsində Zeynal Mübarək qardaşının ölməmişdən əvvəl onunla danışdığını və günahsız olduğunu, bütün ittihamları rədd etdiyini bildirib.

Xatırladaq ki, iki BƏƏ vətəndaşı aprelin 19-da İstanbulda Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən saxlanılıb. Onlara qarşı “Beynəlxalq casusluq”, “Dövlətin gizli məlumatlarının siyasi və ya hərbi casusluq məqsədilə ələ keçirmək” ittihamı irəli sürülüb və İstanbul İkinci Sülh Cəza Məhkəməsi tərəfindən 19 apreldə barələrində həbs-qətimkan tədbiri seçilib.

İlk günlərdə Türkiyə mediası BƏƏ vətəndaşlarının Səudiyyə Ərəbistanı vətəndaşı olan jurnalist Camal Qaşıqçının ölümü işi ilə bağlılığını araşdırdığı haqda məlumat yayıb. İddialara əsasən, BƏƏ-dən olan casuslar Qaşıqçı işi ilə bağlı məlumat toplamaq üçün Türkiyəyə göndərilib.

Ancaq saxlanılanlardan birinin həbsxanada intihar etməsi hadisənin məğzini dəyişib. İndi ərəb mediası Türkiyəni ittiham edir. Ölən şəxsin qardaşı deyib ki, qardaşı həbs olunmasını bir hesablaşma hesab edib. Mübarək deyib ki, qardaşının həbsxanada öldürülməsini təsdiq edən vəkilin vatsap şəbəkəsindən göndərilmiş səs yazısı var.

MİT-in ile ilgili görsel sonucu

İstanbulda intihar edən Zəki Mübarəkin oğlu Həsən isə yerli mətbuata bildirib ki, atası iş axtarmaq üçün Türkiyəyə gedib. Sitat: “Atam dolanışıq və bizə gələcək qurmaq üçün Türkiyəyə getmişdi. Həbs olunmasına çox təəccübləndik. Ancaq daha sonra casus ittihamını eşidəndə şok olduq”.

Məsələ ondadır ki, Türkiyə və BƏƏ arasında münasibətlər çox pisdir. Xüsusən də son bir neçə ildə iki ölkə hökumətləri arasında gərginlik qarşılıqlı ittihamlara qədər gedib çıxıb. Misirdə hərbi çevriliş, daha sonra Qətər ətrafında böhran Ankara və Əbu-Dabi münasibətlərinə kölgə salıb. BƏƏ hökuməti hazırda Yaxın Şərqdə Səudiyyə Ərəbistanı ilə ciddi əməkdaşlıq əlaqələrinə sahib ölkədir, iki dövlət regional və beynəlxalq mövzularda birgə hərəkət edir. Türkiyə həbsxanasında BƏƏ vətəndaşının, özü də casusluqda ittiham olunan birinin intihar etməsi Ankara üçün də ciddi problem yaradır.

Daha əvvəl Səudiyyə Ərəbistanı prokurorları Qaşıqçı cinayətinin törədilməsi ilə bağlı əmrin Kahtani tərəfindən verildiyi, icrasına isə Milli Kəşfiyyat Xidmətinin rəis müavini, general Əhməd əl-Asirinin birbaşa rəhbərlik etdiyini bildirmişdilər. Ancaq Kahtanidən fərqli olaraq Asiri məhkəmə prosesinə qatılıb.

İndi Türkiyə istintaqı həm BƏƏ casusunun intiharı, həm də onların İstanbula göndərilməsi səbəbini araşdırıb ortaya çıxarmalıdır. Əks təqdirdə, qalmaqal daha da böyüyəcək, onsuz da münasibətlər pisdir.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …