Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Dünya / Qarabağ nizamlanmasına dair “kreativ ideyalar” üzərində iş gedir

Qarabağ nizamlanmasına dair “kreativ ideyalar” üzərində iş gedir

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair “kreativ ideyalar” üzərində iş gedir və bu ideyalar münaqişənin nizamlanması üçün əsas ola bilər.

Belə bəyanatla Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova çıxış edib.

Qarabağ münaqişəsinin nizamlanması üçün əsas ola biləcək kreativ ideyaların tapılması səyləri barədə bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfərinin ardınca danışmışdı.

Zaxarovanın sözlərinə görə, hazırda ekspertlər Qarabağ nizamlanmasına dair kreativ ideyalar işləyib hazırlayır. “Məsələ bax belədir, gələcək barədə danışsaq həmin ideyalar işlənib hazırlanmalıdır və onlar kreativ olmalıdır. Məhz bu cür işlənib hazırlanmış kreativ ideyalar dəstəklənəcək”-Rusiya XİN rəsmisi bildirib.

Qeyd edək ki, indiyə qədər danışıqlar masası üzərində “Madrid prinsipləri” adlanan sənəd yer alırdı. Və həmin sənəd üzərində uzun müddət danışıqlar getsə də prinsiplərin hamısını razılaşdırmaq mümkün olmadı. Nəticədə həmin sənəd münaqişənin həlli baxımından özünü doğrultmamış hesab edildi və tərəflər faktiki olaraq bu prinsiplər üzrə danışıqları dayandırdılar.

Həmçinin oxuyun

Paşinyan ombudsmanı istefaya göndərmək istəyir

Ermənistanın hakim “Mənim addımım” fraksiyası ombudsman Arman Tatoyanın istefasını istəyir. Bu barədə “Joxovurd” yazıb. “Söhbət …