Bazar , Avqust 14 2022
Ana səhifə / Dünya / Qalmaqallı peyvəndin zavodu bağlandı: Prezident qərar verdi

Qalmaqallı peyvəndin zavodu bağlandı: Prezident qərar verdi

ABŞ-da “AstraZeneca” peyvəndinin istehalı ilə məşğul olan zavod bağlanır.
Artıq bununla bağlı Prezident Baydenin razılığı alınıb.
Belə ki, Baltimorda yerləşən zavod “Johnson & Johnson”a məxsus 15 milyon doza peyvəndi “AstraZanesa”nın komponenti ilə qarışıq saldıqlarına görə xarab olub.
İşçilərin xətası ucbatından milyonlarla peyvəndin zay olması vaksinin çətinliklə əldə edildiyi bir zamanda böyük itki hesab olunur.
İndi “Emergent BioSolution” zavodu ancaq “Johnson & Johnson” peyvəndini istehsal edəcək. “AstraZaneca” isə özünə yeni istehsal müəssisəsi axtarmalı olacaq.
Xatırladaq ki, Avropa ölkələri “AstraZaneca” peyvəndindən istifadəni dayandırır. Buna səbəb sözügedən peyvəndin tromb yaratması ehtimalı olub. Hətta bu peyvənddən ölüm halının da olduğu bildirilir. Həkimlər peyvəndin təhlükəsiz olduğunu bildirsələr də, ölkələr ehtiyatlı davranmağa üstünlük verir.//Cebhe.info 

Həmçinin oxuyun

Kissincer fikrini dəyişdi: “Ukraynaya NATO üzvü kimi baxmaq lazımdır”

Rusiyanın qorxunc cinayətlərindən sonra Ukraynaya NATO üzvü kimi yanaşmaq lazımdır. Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın …