Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Qadın paltarı geyinmiş daha bir neçə makiyajlı İŞİD-çi ələ keçdi

Qadın paltarı geyinmiş daha bir neçə makiyajlı İŞİD-çi ələ keçdi

Sosial şəbəkədə İŞİD qruplaşmasına aid döyüşçülərin qurtulmaq üçün qadın cildinə girdiyini əks etdirən görüntü yayılıb.

Videogörüntünü Belçikadan olan müstəqil jurnalist Sotiri Dimpinudi “Twitter” səhifəsində paylaşıb.

Kadrlarda saxlanılan makiyajlı kişilərin qadın paltarı və üzərindən çarşab geyindiyini görmək olur.

Müəllifin dediyinə görə, terrorçular Fərat vadisində İŞİD-in nəzarətində olan sonuncu şəhər – Baquzadan qaçan zaman kürd döyüşçülər tərəfindən yaxalanıb.

Adıçəkilən şəhərdə “Suriya demokratik qüvvələri” əməliyyat keçirir. “SDQ”nin mətbuat katibi Mustafa Bali terrorçuların kütləvi şəkildə geri çəkildiyini, bir neçə gün ərzində üç mindən çox İŞİD-çinin silahlarını yerə qoyduğunu söyləyib.

Xatırladaq ki, bu, İŞİD-çilər arasında ilk belə hadisə deyil.

Həmçinin oxuyun

Vladimir Kazimirov öldü

Tanınmış rusiyalı diplomat, ATƏT-in Minsk qrupunun Rusiyadan olan ilk həmsədri Vladimir Kazimirov 95 yaşında ölüb …