Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Dünya / Qadın mollanı dəyənəklə döydü – 8 yaşlı qızına sataşdığına görə…-Video

Qadın mollanı dəyənəklə döydü – 8 yaşlı qızına sataşdığına görə…-Video

Pakistanda bir qadının din xadimini döyməsi ilə bağlı olay böyük əks-səda doğurub.
Moderator.az İslam saytlarına istinadla xəbər verir ki,  hadisəni əks etdirən video-çarx “Twitter”də
  1,1 milyondan çox baxış qazanıb. twitter.com/She_Contradicts/status/985511587388813312
Kadrlarda  orta yaşlı hicablı bir xanımın mollaya yaxınlaşaraq əlindəki iri dəyənəklə onu, sözün əsl mənasında çırpması görünür. Qadının arxasında duran  8 yaşlı qızı(xəbərdə belə deyilir-S.L.) da mollanın döyülməsini müşahidə edir. Ətrafdakı kişilər də, görünür, qadına dəstək verdiklərindən din xadimini müdafiə etmir, əksinə, bəziləri hətta ara-sıra mollaya zərbələr endirir.
Müsəlman qadının ciddi səbəblərdən mollaya dəyənəklə hücum etdiyi məlum olub. Belə ki, üzdəniraq din xadimi onun 8 yaşlı qızına sataşmaq istəyib. Bunu bilən ana mollanın əxlaqsız davranışını cəzasız qoymamaq  qərarına gəlib. O, müsəlman din xadimi vəzifəsini daşımağa layiq olmayan bu şəxsi  camaatın gözü  qarşısında cəzalandırıb.
Üstəlik, islami qanunlara görə, şəriət məhkəməsi də həmin bədnam mollaya  cəza verməlidir. Bu haqda hələlik məlumat verilməyib.

Həmçinin oxuyun

Koronavirus bütün dünyada tüğyan edir – STATİSTİKA

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 64 milyon 844 min 771 nəfərə çatıb. …