Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Qadın güləşçi hosteldə döyülərək öldürüldü

Qadın güləşçi hosteldə döyülərək öldürüldü

Güləş üzrə Peru çempionu Cannett Malki Peçe Kalyao şəhərindəki hosteldə ölü tapılıb.

“Report”un “La Fiesta de Lima”ya istinadən verdiyi məlumata görə, 31 yaşlı qadın idmançının iki uşağı qalıb.

Polis güləşçinin hostelə bir kişi ilə daxil olduğunu təyin edib. Onun üzündə isə döyülmə izləri olub.

Qeyd edək ki, Cannett Malki Peçe Peru çempionluğunu 2019-cu ildə qazanıb. O, eyni zamanda Panamerika çempionatında 9-cu yeri tutub. Peçenin böyük bacısı 50 kq çəkidə Panamerika Oyunlarının ikiqat mükafatçısıdır. 

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …