Çərşənbə , İyul 17 2019
Ana səhifə / Dünya / Qadın alverində suçlanan amerikalı milyarder Donald Trampın dostuymuş…

Qadın alverində suçlanan amerikalı milyarder Donald Trampın dostuymuş…

Xəbər verildiyi kimi, amerikalı milyarder və maliyyəçi Ceffri Epşteyn qadınları seksual köləliyə cəlb etmək üstündə həbs olunub. Bu ilin iyul ayının 8-də onun Nyu-Yorkun Manhetten məhkəməsinin önünə çıxarılması gözlənilir.

Xüsusilə azyaşlı qızları pul müqabilində başqalarına satmaqda təqsirləndirilən iş adamının nüfuzlu siyasətçilərlə əlaqələri üzə çıxıb.

ABŞ mediasının xəbərinə görə, biznesmen hazırkı prezident Donald Tramp, keçmiş prezident Bill Klinton, habelə Böyük Britaniya şahzadəsi, York hersoqu Endryu ilə dostluq edibmiş. 

Qeyd olunur ki, yəhudi əsilli milyarder ilk dəfə 2005-ci ildə polisin diqqət mərkəzinə düşüb. 

Həmin ilin martında bir qadın Floridanın Plam-Biç rayonunun polis idarəsinə müraciət edərək 14 yaşlı qızının yaşlı bir qadın tərəfindən C.Epşteyinin malikanəsinə aparıldığını bildirib. 

Burada həmin qıza 300 dollar müqabilində soyunub milyarderə masaj etmək təklif olunub. Polisin apardığı araşdırma zamanı yaşı 18-dən aşağı olan 5 qızın da eyni üsulla Epşteyinin evinə götürüldüyü ortaya çıxıb. Bundan başqa milyarderin “masaj seansları”nı foto və video görüntüləri aldığı aşkar edilib.

“The International Business Times” saytının verdiyi məlumata görə, Ceffri Epşteyn bu cür kameraları malikanəsinin hər yerində quraşdırıb. Belə görünür ki, onun təklif etdiyi intim xidmətlərdən başqa zənginlər də yararlanıbmış. Milyarderin görüntülərdən onlara qarşı şantaj məqsədilə istifadə etdiyi güman olunur. 

Məsələn, 2015-ci idə Ceffri Epşteyinin malikanəsindəki qonaqlarından biri də məhz şahzadə Endryu olub.

2008-ci ildə Ceffri Epşteyn istintaqla anlaşmaya gedərək günahlarının bir qismini etiraf edib. Vəkillərinin sayəsində amerikalı milyarder sadəcə 13 aylıq həbs cəazsı ilə canını qurtarmağı bacarıb.

Ona qarşı irəli sürülən ittihamlardan biri də Ceyn Dou adlı amerikalı qızın izahatları olub. Burada həmin qız 13 yaşındaykən prezident Donald Tramp tərəfindən təcavüzə uğradığını söyləyibmiş. 

Ceyn Dou ifadələrində cinayətin digər iştirakçısının Ceffri Epşteyn olduğunu deyib. Lakin sonradan nədənsə o, həm siyasətçiyə, həm də milyaderə qarşı iddia ərizəsini geri çəkib.

Son ittiham aktında isə Ceffri Epşteyn ən az 40 azyaşlı qız uşağını öz malikanəsində başqalarına satmaqda təqsirləndirilir. Musavat.com

Həmçinin oxuyun

Samir Adıgözəlli Türkiyədə 15 iyul şəhidinin ailəsini ziyarət etdi – Foto

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Türkiyədə 15 iyul hadisələrinin qəhrəmanlarından biri …