Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Qənirə Paşayeva Nigeriya, Uqanda və Zambiya və Lideriyanın tanınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb

Qənirə Paşayeva Nigeriya, Uqanda və Zambiya və Lideriyanın tanınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb

Q.Paşayeva Nigeriya, Uqanda, Liberiya və Zambiyanın ictimai xadim qadınları, tanınmış təşkilat və QHT rəhbərlərinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Deputat onlara 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır. Nigeriya, Uqanda, Liberiya və Zambiyanın ictimai xadim qadınları, tanınmış təşkilat və QHT rəhbərləri də Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiklərini deyərək münasibətlərin getdikcə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. Qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşlərdə qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb. Millət vəkili Q.Paşayeva görüşün sonunda onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib və onları ölkəmizə dəvət edib.

Qənirə Paşayeva Nigeriya, Uqanda və Zambiya və Lideriyanın tanınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb
Qənirə Paşayeva Nigeriya, Uqanda və Zambiya və Lideriyanın tanınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb
Qənirə Paşayeva Nigeriya, Uqanda və Zambiya və Lideriyanın tanınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb
Qənirə Paşayeva Nigeriya, Uqanda və Zambiya və Lideriyanın tanınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb
Qənirə Paşayeva Nigeriya, Uqanda və Zambiya və Lideriyanın tanınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …