Ana səhifə / Dünya / Qədim daşın üzərindəki mətni oxuyana mükafat vəd edilib

Qədim daşın üzərindəki mətni oxuyana mükafat vəd edilib

Fransanın Bretan regionunda tapılan qədim tarixə malik daşın üzərində yazıları hələ də heç kim oxuya bilmir.

ONA-nınHərflərin çoxu latın əlifbasına aiddir, bəzi işarələrin isə alt-üst yazıldığı diqqət çəkir. Mütəxəssisləri də çətinə salan məhz budur.

Yazının mənasını başa düşə bilməyən yerli alimlər bunun qədim breton və yaxud Bask dilində olduğunu ehtimal edir.

Digər mütəxəssislər isə onun savadsız insan tərəfindən yazıldığını düşünür.

Mətndə qədim skandinav əlifbasına bənzəyən simvollara da rast gəlinir.

20 sətirdən ibarət mətnin 230 il əvvəl yazıldığı güman olunur.

Qeyd edək ki, cızılmış yazını oxuya bilən şəxsə pul mükafatı vəd edilib. Bunun üçün müsabiqə də elan edilib.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …