Şənbə , Dekabr 5 2020
Ana səhifə / Dünya / Qəzada ölən stüardessanın sonuncu paylaşımı…

Qəzada ölən stüardessanın sonuncu paylaşımı…

Ötən gün Ukrayna Hava Yollarına məxsus təyyarənin Tehran yaxınlığında qəzaya düşməsi nəticəsində həlak olan 176 şəxsin kimliyi ilə bağlı yeni məlumatlar üzə çıxır. 

“Qafqazinfo” xəbər verir ki, faciə qurbanlarının 167-si sərnişin, 9-u isə ekipaj üzvü olub.

Qeyd olunur ki, hamısı Ukrayna vətəndaşı olan pilot və bələdçilərin hər biri təcrübəli olub. Belə ki, komandir Vladimir Qaponenko 11,6 min saat, pilot Serqey Xomenko isə 7, 6 min saat uçuş təcrübəsinə malik olub.

Bu məqamda 28 yaşlı stüardessa Valeriya Ovçarukun instaqram hesabındakı son paylaşımı marağa səbəb olub. Belə ki, işi çərçivəsində bir çox ölkələrə səfər edən gənc qız sonuncu paylaşımında Bankqoqda çəkdirdiyi fotosunu paylaşaraq “İşim, səni sevirəm” şərhini yazıb.

Ovçaruk instaqramda adətən səfər etdiyi ölkələrin və sözügedən hava yollarında pilot olaraq çalışan sevgilisi ilə fotolarını paylaşıb.

Həmçinin oxuyun

Ermənistanda son üç gün ərzində süd məhsulları, çörək-un məmulatları və qida məhsulları kimi istehlak mallarının …