Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Dünya / Qərbi Balkan ölkələri Avropa İttifaqına qəbul edilə bilərlər – 2025-ci ilə qədər

Qərbi Balkan ölkələri Avropa İttifaqına qəbul edilə bilərlər – 2025-ci ilə qədər

 Avropa İttifaqı diplomatiyasının başçısı Federika Moqerini Qərbi Balkanın Avropa İttifaqına (Aİ) üzvlük iddiasında olan ölkələrinə yönəlik yeni strategiya barədə danışıb.

Onun sözlərinə görə, yeni strategiya bütün iddiaçıların – Albaniyanın, Bosniya və Herseqovinanın, Makedoniyanın, Serbiya və Çernoqoriyanın, hətta tanınmamış Kosovanın Aİ-a qəbul olunacağını nəzərdə tutur. Bundan başqa, Brüsseldə strategiyanı təqdim edən Moqerini bildirib ki, həmin ölkələrin bəziləri artıq 2025-ci ilə qədər birliyə daxil ola biləcəklər.

«Bu, strategiyanın açar siyasi siqnalıdır ki, indicə kollegiya iclasında qəbul etdik. O, Qərbi Balkanlar üçün aydın yoldur. Bizim Qərbi Balkandakı bütün 6 həmkarımız nəhayət ki, Avropa İttifaqına birləşəcəklər» – deyə, Avrokomisiyanın mətbuat xidməti Moqerinidən sitat gətirir.

Onun sözlərinə görə, strategiya açıq-aydın qeyd edir ki, bu, «indi danışıq aparanlar və digərləri üçün daxilolma prosesini tamamlamaq istiqamətində realistik perspektivdir». (Azpolitika.info)

Həmçinin oxuyun

Pakistan Fransaya nota verdi

Pakistanın Xarici İşlər Nazirliyi Fransanın İslamabaddakı səfirliyinə Parisdəki antiislam kampaniyası ilə əlaqədar etirazını bildirib. Azinforum.az …