Ana səhifə / Dünya / Pyotr Poroşenko Ukrayna prezidentini “oğurluq”da ittiham edib

Pyotr Poroşenko Ukrayna prezidentini “oğurluq”da ittiham edib

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun mətbuat katibi Svyatoslav Seqolko hazırkı dövlət başçısı Vladimir Zelenskini plagiatda ittiham edib.

Onun sözlərinə görə, V.Zelenski P.Poroşenkonun Brüsseldəki nitqinin bir abzasını tamamilə oğurlayıb. Buna rəğmən Seqolko iki prezidentin fikirlərinin üst-üstə düşməsindən məmnun olduqlarını dilə gətirib.

Vladimir Zelenski isə keçmiş administrasiyanın ittihamlarına özünəməxsus tərzdə yumorla cavab verib. Ukraynanın “Obozrevatel” saytının yazdığına görə, ölkə prezidenti heç nəyi olduğu kimi götürmədiyini, çıxışın bütün bölümlərinin şəxsən özünə və administrasiyasına məxsus olduğunu söyləyib.

“İndi söylədiyim də mənə aiddir, eləmi… Pyotr Alekseyeviç (Poroşenko) yazmayıb ki… Biz bunun üçün axşamdan çalşırıq” – deyə ukraynalı lider jurnalistlər qarşısında zarafat edib.

Qeyd olunur ki, bundan daha öncə Rusiya prezidenti Vladimir Putin də ukraynalı həmkarının çıxışlarında ziddiyyət olduğunu deyib. V.Putin Sankt-Peterburq İqtisadi Forumunun plenar sessiyasında məhz bu səbəbi göstərərək, Vladimir Zelenskini seçilməsi münasibətilə təbrik etmədiyni bildirib.

Xatırladaq ki, Vladimir Zelenski çıxışlarının birində prezident kimi, işinin əsas istiqamətinin ölkə daxilində korrupsiya, xaricində isə Rusiya ilə mübarizə olacağını söyləmişdi. Musavat.com

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …