Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Putinlə görüşən amerikalı jurnalist: “Hiss olunurdu ki, Tramp haqda nəsə bilir…”

Putinlə görüşən amerikalı jurnalist: “Hiss olunurdu ki, Tramp haqda nəsə bilir…”

ABŞ-ın NBC telekanalının aparıcı, bu günlərdə Rusiya prezidenti ilə görüşən və ondan müsahibə alan Meqin Kelli deyib ki, Vladimir Putin Amerika lideri Donald Tramp haqda “nəsə bilir”.

Meqin Kelli bu barədə Putinlə görüşünün təəsüratlarını “The Hill” nəşri ilə bölüşərkən deyib. Kelli söhbət zamanı Trampın indiyə qədər bir dəfə də olsun Rusiya prezidenti barədə tənqidi ifadə işlətməməsinə və onun barəsində həmişə hörmətlə danışmasına toxunub. Hansı ki, jurnalist Rusiya prezidenti ilə söhbətdən onun amerikalı həmkarını xoşladığı haqda təəsürat əldə etmədiyini deyib. “Məndə belə hiss yaranmadı ki, o Trampı xoşlayır. Lakin mən hiss etdim ki, onun əlində Tramp haqda nəsə var”-NBC aparıcısı deyib.

Meqin kelli hesab edir ki, ola bilsin Putin Tramp barədə onun açıqlanmasını qəti istəmədiyi məlumatlara sahibdir. Lakin jurnalist bu informasiyanın Rusiyanın Amerika seçkilərinə müdaxiləsi ilə bağlı ola biləcəyini istisna edib.

“Mənim fikrimcə bu pullarla və Trampın rusiyalılarla 1990-cı illərdə gördüyü işlərlə, onun ABŞ-dakı aktivləri ilə bağlıdır”-Kelli bildirib.

NBC telekanalına müsahibəsində Putin deyib ki, Trampın ona şəxsən simpatiyasına inanmır. “Mən fikirləşirəm ki, o təcrübəli adamdır, böyük təcrübəyə malik biznesmendir və başa düşür ki, əgər kiminləsə partnyor münasibətləri yaratmaq lazımdırsa gərək ona hörmətlə yanaşasan, yoxsa heç nə alınmaz”-Putin deyib.

Xatırladaq ki, Britaniyanın Mİ6 xarici kəşfiyyat xidmətinin keçmiş agenti Kristofer Stilin hazırladığı hesabata əsasən Rusiyanın əlində Trampın Moskvada seks-orgiyada çəkilmiş görüntüləri ola bilər. Virtualaz.org

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …