Ana səhifə / Dünya / Putinlə Ərdoğan arasında telefon danışığı olub

Putinlə Ərdoğan arasında telefon danışığı olub

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Türkiyənin cənub bölgələrində baş verən meşə yanğınları nəticəsində yaranmış fövqəladə vəziyyəti müzakirə ediblər. Bu, təbii fəlakətlə mübarizədə iki ölkə arasında qarşılıqlı fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Vladimir Putin Rusiyanın yanğınların söndürülməsində Türkiyəyə hərtərəfli kömək göstərməyə davam edəcəyini təsdiqləyib. Ərdoğan isə göstərilən hərtərəfli dəstəyə görə minnətdarlığını bildirib.

Liiderlər Rusiya-Türkiyə çoxtərəfli əməkdaşlığının aktual mövzularını nəzərdən keçirib. Bu yaxınlarda baş tutmuş hökumətlərarası komissiyanın iclasının nəticələrinə müsbət qiymət veriblər. Ticarət, iqtisadi, enerji və digər sahələrdə əldə olunan razılaşmaları həyata keçirmək üçün birgə iş aparılmasının əhəmiyyəti qeyd olunub. Azvision.az

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …