Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Dünya / Putinlə Makron Dağlıq Qarabağı müzakirə etdi

Putinlə Makron Dağlıq Qarabağı müzakirə etdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Fransanın dövlət başçısı Emmanuel Makronla telefonla danışıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, dövlət başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Prezidentlər Qarabağda Rusiya Federasiyasının və Fransanın o cümlədən ATƏT-in Minsk qrupu çərçivəsində vasitəçilik səylərinin davam edilməsini təsdiqləyiblər.

Həmçinin oxuyun

İranın yüksək rütbəli zabiti İraqda öldürüldü – KİV

“RT Arabic” telekanalı İraqdakı mənbələrinə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm …