Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Dünya / Putinlə bağlı yalan danışdı, istefa verməli oldu

Putinlə bağlı yalan danışdı, istefa verməli oldu

Niderlandın xarici işlər naziri Halbe Zeylstra istefa verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onun 2006-cı ildə Rusiya prezidenti Vladimir Putinlə görüşdüyü barədə dediyi yalan üzə çıxıb.

49 yaşlı nazir səhvini etiraf edib və millət vəkilləri qarşısında gözüyaşlı şəkildə çıxış edərək istefa verməkdən başqa çıxışının olmadığını söyləyib.

Qeyd edək ki, H.Zeylstra 4 ay öncə nazir vəzifəsinə təyin edilmişdi. Onun sabah Moskvaya rəsmi səfəri olacaqdı.

Həmçinin oxuyun

Gürcüstan seçkiləri: Baş nazir Saakaşvilini həbs edəcəyini deyir

Gürcüstanın baş naziri Georgi Qaxariya keçmiş prezident Mixil Saakaşvilinin lideri olduğu “Vahid milli hərəkat” partiyasının …