Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Dünya / Putinlə Ərdoğanın görüşü planlaşdırılır

Putinlə Ərdoğanın görüşü planlaşdırılır

Kreml Rusiya və Türkiyə prezidentlərinin görüşünün təşkilinə çalışır.

“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşü Moskvada 5-6 mart tarixlərində keçirilə bilər.

Qeyd edək ki, Putinlə Ərdoğanın telefon danışığı da olub. Onlar Suriyanın İdlib şəhərində münaqişənin kəskinləşməsi məsələsini müzakirə ediblər.

Xatırladaq ki, fevralın 27-dən 28-nə keçən gecə Suriyada Əsəd rejimi qüvvələri türkiyə Silahlı Qüvvələrinin əsgərlərinə aviahücum edib. Nəticədə 33 türk əsgəri şəhid olub.

Həmçinin oxuyun

Aparıcı Rusiya saytı Qarabağdakı separatçı-terrorçu rejimin “bayrağı”nın reklamına başladı…-FOTO

Eyni sayt 2016-cı ildə  qondarma rejimin başçısı Bako Saakyanla müsahibə dərc etmişdi… Rusiyanın məşhur Lenta.ru …