Cümə axşamı , Sentyabr 28 2023
Ana səhifə / Dünya / “Putinlə Ərdoğan görüşün yeri və tarixini yaxın vaxtlarda müəyyən edəcəklər” – Peskov

“Putinlə Ərdoğan görüşün yeri və tarixini yaxın vaxtlarda müəyyən edəcəklər” – Peskov

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşün yeri və tarixi ilə bağlı yaxın vaxtlarda qərar qəbul etmək barədə razılığa gəliblər.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O qeyd edib ki, bütün bunlar diplomatik kanallar vasitəsilə həyata keçiriləcək.

Peskov əlavə edib ki, Ukraynada nizamlanma və taxıl sazişinin uzadılması mövzuları Rusiya Federasiyası və Türkiyə prezidentlərinin planlaşdırılan görüşünün gündəliyinə daxil olacaq. “Gündəm çoxşaxəli olan ikitərəfli münasibətlərimizdir. Bu, təbii ki, Ukraynadır, bu gün Putinin türkiyəli həmkarına hərtərəfli izahat verdiyi taxıl müqaviləsi məsələsi və təbii ki, bütün dünya məsələləri üzrə fikir mübadiləsidir”, – Peskov bildirib.

Həmçinin oxuyun

Hakan Fidanın bu hərəkəti dünya mediasında diqqət çəkdi – VİDEO

Türkiyənin xarici işlər naziri Hakan Fidan öz hərəkəti ilə Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasında …