Ana səhifə / Dünya / Putinin zarafatı Rusiya ət məhsullarına Türkiyə bazarına yol açdı

Putinin zarafatı Rusiya ət məhsullarına Türkiyə bazarına yol açdı

Rusiya mal ətinin Türkiyəyə tədarükünə başlayıb. 

Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Qordeyev məlumat yayıb.

O qeyd edib ki, yaxın zamanlarda Türkiyəyə toyuq ətinin də tədarükü mümkündür.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin iyulun 26-da türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı zarafatla bildirmişdi ki, Rusiyadan Türkiyəyə ət məhsullarının tədarükü başladıqdan sonra onun restorana getmək dəvətinə müsbət cavab verəcək.

Öz növbəsində Ərdoğan Putini “böyük məmnuniyyətlə” gözləyəcəyini söyləmişdi.

Həmçinin oxuyun

İsraildə “Eurovision”a etiraz

Qüdsdə ortodoksal yəhudilər “Eurovision” müsabiqəsinin şabbatda keçirilməsinə etiraz ediblər. The Times of Israel xəbər verir ki, …