Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Dünya / Putinin oteldə unutduğu köynəyi satılır – FOTO

Putinin oteldə unutduğu köynəyi satılır – FOTO

Rusiyanın populyar elan saytlarının birində prezident Vladimir Putinin köynəyinin satışa çıxarılması ölkədə geniş rezonans doğurub, ən tirajlı media orqanları buna diqqət çəkib.

Elanda bildirilir ki, Vladimir Putin ötən il Nijni Novqoroda səfəri zamanı qaldığı “Şeraton” otelinin otağında köynəyi unudulub. Satıcı qeyd edir ki, köynəkdə Rusiya liderinə mənsub olduğunu təsdiqləyən heç bir əlamət yoxdur. Elanda köynəyin geyildikdən sonra yuyulmadığı və alıcının istədiyi təqdirdə satıcı DNT müayinəsi üçün geyimi verməyə hazır olduğu bildirilib. “Putinin köynəyini” 165 min rubla təklif edirlər.

İş o yerə şatıb ki, hətta Kremlin sözçüsü Dmitri Peskov məsələyə münasibət bildirməli olub. “Bu ola bilməz” deyən Peskov, Putinin köynəyinin unudula biləcəyini təkzib edib, bu cür elanlara inanmamağı məsləhət bilib.

Dövlət başçısı sonuncu dəfə ötən il oktyabrın 10-da Bədən Tərbiyəsi və İdmanın inkişafı Şurasının iclasını keçirərkən Nijni Novqorodda işgüzar səfərdə olub.

masin-696x426.jpg (54 KB)

Qeyd edək ki, iki il əvvəl Putin Avstriya xarici işlər naziri Karin Knayslın toyunda olmuş, orada gəlin kabrioletinin üstünə qonaqlardan biri kimi imzasını qoymuşdu.

Toydan bir müddət sonra “Volkswagen Beetle” markalı avtomobil 20 min avroya hərracda satılıb. Putin və ABŞ prezidenti Donald Trampın imzaları olan beysbol topu da reklam məqsədi ilə satışa çıxarılıaraq biri 54 min dollardan satılmışdı. Musavat.com

Həmçinin oxuyun

İranın yüksək rütbəli zabiti İraqda öldürüldü – KİV

“RT Arabic” telekanalı İraqdakı mənbələrinə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm …