Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Dünya / Putinin daha iki qorxunc qırıcısı Hmeymimə endi – GƏRGİNLİK ARTIR

Putinin daha iki qorxunc qırıcısı Hmeymimə endi – GƏRGİNLİK ARTIR

Rusiyanın beşinci nəsil daha iki Su-57 qırıcısı Suriyadakı Hmeymin aviabazasına enib. Bu barədə ərəb mənbələri bildirir. Təyyarələr ötən gün axşam saatlarında Rusiyanın Suriyadakı hərbi hava bazasına enərkən görüntülənib. Bununla da Hmeymim bazasındakı Su-57 qırıcılarının sayı 4-ə çatıb. Rusiya rəsmi qaynaqları Su-57 qırcılarının Hmeymin aviabazasında yerləşdirilməsini şərh etmir.

Fevralın 22-də iki Su-57, 4 Su-35S və 4 Su-25M olmaqla Rusiyanın iri aviaqruplaşması Hmeymim bazasına göndərilib. Bu, prezident Putinin qoşunların Suriyadan çıxarılmasına dair ötən ilin dekabrında verdiyi əmrdən cəmi iki ay sonraya təsadüf edib və “Vagnerin ordusu” kimi tanınan rus muzdlu qüvvələrinin fevralın 7-də Deyr əz-Zor əyalətində neft-qaz emalı zavodunu kürdlərdən almaq cəhdi zamanı Amerika aviasiyası tərəfindən darmadağın edilməsi fonunda baş verib. Həmin uğursuz hücum cəhdi zamanı yüzlərlə rus muzdlusu öldürülüb.

Su-57 qırıcıları hələ Rusiya ordusunun silahlanmasına daxil edilməyib, təyyarənin uçuş-texniki sınaqları bu yaxınlarda başa çatıb. Bu, saatda 2600 kilometrə qədər sürət yığan, yüksək manevr qabiliyyətli, “stels” texnologiyalarına əsaslanan və müxtəlif tipli raketlərlə silahlanmış ən yeni döyüş təyyarəsidir. Təyyarənin taktiki-texniki göstəriciləri məxfi saxlanılır. 12 təyyarədən ibarət ilk Su-57 partiyası 2018-2019-cu illərdə Rusiya Hava-Kosmik Qüvvələrinə təhvil verilməlidir.

Rusiya Dövlət Dumasının hüquq təminatı komissiyasının rəhbəri Vladimir Qutenyev Su-57 təyyarələrinin Suriyaya göndərilməsi barədə xəbərləri şərh edərkən bildirib ki, bu qırıcılar “Suriya ərazisində müntəzəm olaraq uçuşlar keçirən” bəzi dövlətlər üçün çəkindirici amil olacaq.

Rusiya Elmlər Akademiyasının Uzaq Şərq İnstitutunun aparıcı elmi əməkdaşı Vasil Kaşin isə “National İnterest” dərgisinə açıqlamasında ehtimal edib ki, Su-57 təyyarələrinin Suriyaya yerləşdirilməsinin əsas məqsədi təyyarələrin radiolokasiya avadanlıqlarının döyüş şəraitinə yaxın şərtlər altında sınaqdan keçirilməsidir.

F-22 “Raptor”

Lakin bir çox analitiklər hesab edirlər ki, Rusiyanın məqsədi Suriyada ABŞ-a güc nümayişidir. Su-57 təyyarələri ABŞ-ın Suriya səmasında müntəzəm uçuşlar keçirən beşinci nəsil F-22 “Raptor” qırıcıları ilə müqayisə olunur. İstisna deyil ki, Su-57 qırıcıları Amerika aviasiyasının Suriyadakı məsuliyyət zonasına daxil olub “Raptor”ları sıxışdırmağa çalışacaq. Onsuz da ABŞ-la Rusiya arasında gərginlik getdikcə artır, “Vagnerin ordusu” ilə bağlı baş verənlərdən sonra isə iki superderjava arasında birbaşa hərbi toqquşma riskləri daha da artıb.

Həmçinin oxuyun

Gürcüstan seçkiləri: Baş nazir Saakaşvilini həbs edəcəyini deyir

Gürcüstanın baş naziri Georgi Qaxariya keçmiş prezident Mixil Saakaşvilinin lideri olduğu “Vahid milli hərəkat” partiyasının …