Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Putini kim əvəz edə bilər?

Putini kim əvəz edə bilər?

Rusiya diktatoru Vladimir Putini uğursuzluqlarına görə vəzifəsindən götürə bilərlər. Onun yerinə Baş nazir Mixail Mişustini qoya bilərlər.

Bu barədə rusiyalı müxalifətçi və hüquq müdafiəçisi Mark Feyqin «Pul» kanalında danışıb («UNİAN»).

«Sözsüz, bunlar Patruşev, FTX, generalların bir hissəsidir. Onlar əsasən, güc idarələrinin nümayəndələridir. Onlardır ki, başlıca qərarları qəbul ediblər. Onlar Putini inandırmağa başlayacaqlar ki, belə yaxşı olar» – o, deyir.

Onun sözlərinə görə, adları çəkilən şəxslər və strukturlar RF Prezidentini inandırmağa çalışacaqlar ki, Rusiyaya qarşı sanksiyaların bir hissəsini götürsünlər, utancverici məğlubiyyətdən qaçsınlar.

Feyqin hesab edir ki, Mişustin Putinin varisi ola bilər, o, hökumətin başçısıdır və Konstitusiyaya görə, Prezident vəzifələrinin icraçısı ola bilər. «Onlar bunu edə bilərlər» – hüquq müdafiəçisi təsdiqləyir.

Bundan əvvəl Dövlət Dumasının eks-deputatı İlya Ponomaryov bəyan etmişdi ki, əgər Rusiya Prezidenti Vladimir Putinin yerinə hakimiyyətə onun konstitusiya üzrə varisi – Baş nazir Mixail Mişustin gələrsə, o zaman o, Ukraynada döyüş fəaliyyətini dayandırmağa çalışacaq.

AzPolitika.info

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …