Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Putindən Ukrayna ilə bağlı olaya ilk şərh – “Poroşenkonun təxribatıdır”

Putindən Ukrayna ilə bağlı olaya ilk şərh – “Poroşenkonun təxribatıdır”

Rusiya prezidenti Vladimir Putin ilk dəfə Qara dənizdə Ukrayna gəmiləri ilə bağlı baş verən insidentə şərh verib.

“Qafqazinfo” xəbər verir ki, prezidentin sözlərinə görə, baş verənlər Ukrayna hökuməti, bəlkə də, elə dövlət başçısı Petro Poroşenko tərəfindən seçki ərəfəsində təşkil edilən təxribatdır: “Poroşenkoya aşağı reytinqi səbəbindən müxalifətdən olan rəqiblərinə qarşı maneələr yaratmaq lazımdır.

Hətta Krımın Rusiyaya birləşdirilməsindən və Donbassdakı münaqişədən sonra Ukraynada hərbi vəziyyət tətbiq edilmədi. İndi baş verənlər isə sadəcə kiçik insidentdir”.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …