Şənbə , Dekabr 9 2023
Ana səhifə / Dünya / Putindən maraqlı etiraf: “Müdafiə nazirinə dedim ki, yavaşca oradan çəkilək”

Putindən maraqlı etiraf: “Müdafiə nazirinə dedim ki, yavaşca oradan çəkilək”

“Hətta biz Britaniya esminesini Krım sahillərində batırsaydıq belə, üçüncü dünya müharibəsi başlayası deyildi. Çünki onu başlayacaq adamlar həmin müharibədən qalib çıxmayacaqlarını bilirlər”. Bu sözləri Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında deyib.

O, əlavə edib ki, Rusiya yeni müharibənin başlamasından məmnun qalmayacaqdı, lakin “biz öz ərazimizdə özümüz, gələcəyimiz üçün mübarizə aparırıq”.

İnsidentin siyasi məzmununa toxunan Putin xatırladıb ki, hadisədən bir neçə gün əvvəl Cenevrədə ABŞ prezidenti Co Baydenlə görüşmüşdü: “Bütün bunlar nəyin uğrunda idi? Həmin adamların Krım əhalisinin Rusiyaya birləşmək qərarına hörmətlə yanaşmadığını və orada nəyisə tanımadıqlarını göstərmək üçünmü? Lap yaxşı, heç bundan sonra da tanımayın. Daha təxribat niyə törədirsiniz?! 

NATO-nun təlimlərinin Rusiya təlimlərilə cavab olduğunu başa düşdüklərini deyən prezident maraqlı bir etiraf edib: “ Mən müdafiə nazirinə göstəriş verdim ki, madam onlar belə narahat olurlar, yavaşca təlimləri yekunlaşdıraq və qoşunları Ukrayna sərhədlərinin yaxınlığından çəkək. Amma onlar nə etdilər? Bizim sərhədlərə dürtüldülər ”.
Azvision.az

Həmçinin oxuyun

İsrail nazirinin oğlu döyüşdə həlak oldu

İsrailin sabiq Baş Qərargah rəisi, hazırda hərbi kabinetdə portfelsiz nazir olan Qadi Ayzenkotun kiçik oğlu …