Bazar , Noyabr 28 2021
Ana səhifə / Dünya / “Putin Zelenski ilə görüşə hazırdır” – Peskov

“Putin Zelenski ilə görüşə hazırdır” – Peskov

Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşməyə hazırdır.

Bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, heç nə dəyişməyib, lakin bu günə qədər görüşün təşkili üçün konkret addımlar atılmayıb.

“Daha əvvəl Prezident Putin həmkarı Zelenski ilə görüşməyə hazır olduğunu bildirib. Bunu özü açıq şəkildə söyləyib. Əminəm ki, bununla bağlı heç nə dəyişməyib. Ancaq bu günə qədər bildiyimiz kimi görüşün təşkili üçün konkret addımlar atılmayıb”, – Peskov vurğulayıb.

Həmçinin oxuyun

AİHM Ermənistanla bağlı daha bir qərarını açıqlayacaq

Avropa İnsan Hüquqları Məhkəməsi noyabrın 30-da “Derenik Mkrtıçyan və Qayane Mkrtıçyanın Ermənistana qarşı” işinə dair …