Belə ki, xərçəng xəstəsi olan Sergey Timofeyevə kompyuter hədiyyə olunub.

13 yaşlı Sergey bir neçə əməliyyat keçirib və hazırda özünü yaxşı hiss edir.

Onun anası Anastasiya deyir ki, xəstəliyi ucbatından o, yoldaşları ilə görüşməyə utanır. Sergeyin ən böyük istəyi kompyuter almaq olub ki, sosial şəbəkələr vasitəsilə yoldaşları ilə əlaqə saxlasın.

Ölkə prezidenti Vladimir Putin də onun bu istəyini reallığa çevirib.