Sosial şəbəkədə biz:
Putin və Tramp arasında telefon danışığı: 90 dəqiqəlik müzakirə və yeni detallar
Xəbər Şəkli

Putin və Tramp arasında telefon danışığı: 90 dəqiqəlik müzakirə və yeni detallar

05 July 2026, 07:35
Dünya

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında keçirilən və təxminən bir saat yarım davam edən telefon danışığının təfərrüatları məlum olub. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov liderlərin müzakirə etdiyi əsas məqamları açıqlayıb.

Danışıq zamanı Vladimir Putin amerikalı həmkarını ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik edib.

Müzakirələrin mərkəzində Ukraynadakı münaqişə dayanıb. Putin Trampa döyüş meydanındakı vəziyyət, o cümlədən Konstantinovanın "azad edilməsi" barədə məlumat verərək, Rusiya qoşunlarının bütün cəbhə boyu irəlilədiyini bəyan edib. Rusiya lideri münaqişənin siyasi-diplomatik yolla tənzimlənməsinə hazır olduğunu təsdiqləsə də, bunun Rusiyanın prinsipial yanaşmaları nəzərə alınmaqla mümkün olacağını vurğulayıb. Bu istiqamətdə vasitəçilik səylərini Stiv Uitkoff və Cared Kuşnerin davam etdirəcəyi bildirilib.

Donald Tramp öz növbəsində Ukraynadakı münaqişənin tezliklə başa çatdırılmasının vacibliyini qeyd edib. O, bunun Rusiya və ABŞ arasında iqtisadi əməkdaşlıq potensialının reallaşdırılması üçün zəruri olduğunu bildirərək, münaqişə başa çatdıqdan sonra iki ölkə arasında əməkdaşlıq üçün böyük perspektivlərin açılacağını vurğulayıb.

Vladimir Putin danışıq zamanı həmçinin Rusiyanın Amerika dövlətçiliyinin formalaşmasındakı töhfəsini və İkinci Dünya müharibəsi illərindəki müttəfiqlik tarixinə diqqət çəkib.

Musavat.com