Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Putin və Ərdoğan “Time” dərgisinin manşetində (FOTO)

Putin və Ərdoğan “Time” dərgisinin manşetində (FOTO)

ABŞ-ın ən reytinqli dərgilərindən olan “Time” dərgisi üz qabığında Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Macarıstan lideri Viktor Urban və Fillipin prezidenti Rodriqo Dutertenin fotosunu verib.
 
“Tək adamın yüksəlişi” adlı məqələdə dünyanın bir çox ölkələrinin liderlərinin fəaliyyəti təhlil edilib. Jurnalist lan Bremmerin qələmə aldığı məqalə belə bağlayır:
Kirli Herrinin dönüşü
“1960-cı illərdə cəmiyyətdəki etirazlara cavab olaraq Hollivud 1970-ci illərdə çox məşhur olan cinayət dramları çəkdi. Bu filmlər qəzəbli adamlara həsr olunmuşdu. Klint İstvud və Çarlz Bronson kimi aktyorların canlandırdığı üsyankar polislər və qanun tanımayan sərt adamlar çətin zamanlarda ədaləti bərqərar etmək üçün zəif bürokratiyaya, rüşvətxor siyasətçilərə və siyasətdəki mənfiliklərə qarşı mübarizə aparırdılar. Bunlar qanunların nizamı pozmasına imkan verməyən adamlar idi”.
Jurnalistlər həbsxanaya
ABŞ prezidenti Donald Trampı nümunə göstərən məqalə müəllifi onun qışqırıb bağıraraq hər kəsə həddini bildirən populist liderliyinin ABŞ-a xas olmadığını və bütün dünyaya pis nümunə olduğunu yazıb. Müəllif Ərdoğanla bağlı isə bunları qeyd edib:
“2003-cü ildən bəri iqtidarda olan Ərdoğan və idarə etdiyi Ədalət və İnkişaf Partiyası (AKP) totalitar elitanın hakimiyyətinə meydan oxuyaraq mühafizəkarların dəstəyini qazanıb. İndi isə sükanı əlində saxlamaq üçün Türkiyənin siyasi sistemini manipulyasiya edir. 2016-cı ildəki müvəffəqiyyətsiz çevriliş Ərdoğana müxalifləri hədəf almaq üçün hüquqi dövlət yaradılması prosesini təxirə salmaq imkanı yaratdı. Dərin dövlətdəki düşmənlərini təyin edən Ərdoğan kütləvi şəkildə jurnalistləri həbs etdirdi”.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …