Ana səhifə / Dünya / “Putin tarixi səhvə yol verdi“ – Makron

“Putin tarixi səhvə yol verdi“ – Makron

“Ukraynada müharibə başa çatdıqdan sonra məsələnin diplomatik həllinə nail olmaq üçün Rusiyanın alçaldılmaması çox vacibdir”.

Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

O, rusiyalı vəzifədaşı Vladimir Putinin Ukraynanı işğal etməklə tarixi və fundamental səhvə yol verdiyini, hazırda təcrid olunduğunu bildirib:

“Putin xalqına, özünə və tarixinə qarşı əsaslı tarixi səhvə yol verdi. Məncə, Putin özünü təcrid edib. Ondan çıxmaq çətin bir yoldur.

Rusiya müharibə dayandırılan günə qədər… alçaldılmamalıdır ki, diplomatik yollarla çıxış yolu tapsın. Fransa vasitəçi güc kimi çıxış edə biləcək”. 

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …