Ana səhifə / Dünya / “Putin tarixi səhvə yol verdi“ – Makron

“Putin tarixi səhvə yol verdi“ – Makron

“Ukraynada müharibə başa çatdıqdan sonra məsələnin diplomatik həllinə nail olmaq üçün Rusiyanın alçaldılmaması çox vacibdir”.

Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

O, rusiyalı vəzifədaşı Vladimir Putinin Ukraynanı işğal etməklə tarixi və fundamental səhvə yol verdiyini, hazırda təcrid olunduğunu bildirib:

“Putin xalqına, özünə və tarixinə qarşı əsaslı tarixi səhvə yol verdi. Məncə, Putin özünü təcrid edib. Ondan çıxmaq çətin bir yoldur.

Rusiya müharibə dayandırılan günə qədər… alçaldılmamalıdır ki, diplomatik yollarla çıxış yolu tapsın. Fransa vasitəçi güc kimi çıxış edə biləcək”. 

Həmçinin oxuyun

Hikmət Cavadov Kiyevin müdafiəçiləri ilə görüşdü

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov Kiyev vilayətinin 114-cü Əlahiddə Ərazi Müdafiə Bölüyündə …