Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Putin Təhlükəsizlik Şurasını topladı – Afrin müzakirəsi

Putin Təhlükəsizlik Şurasını topladı – Afrin müzakirəsi

Rusiya prezidenti Vladimir Putin bu gün ölkənin Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərini toplayıb.

AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, TŞ-nın daimi üzvlərinin operativ iclasında Soçidə keçiriləcək Suriya üzrə Milli Dialoq Konqresinə hazırlıq məsələləri, Afrin bölgəsindəki son durum və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla baş tutan telefon danışığı ətrafında fikir mübadiləsi aparılıb.

Rusiyanın güc strukturlarının rəhbərlərinin iştirak etdiyi iclasda Suriya ilə yanaşı ölkənin siyasi və iqtisadi durumu da müzakirə olunub.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …