Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Putin Təhlükəsizlik Şurasını topladı

Putin Təhlükəsizlik Şurasını topladı

Prezident Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri ilə Dağlıq Qarabağdakı vəziyyəti, eləcə də ölkənin Uzaq Şərq və Cənub-Şərqi Asiyada maraqlarının təminini müzakirə edib.

Virtualaz.org bildirir ki, bu barədə TASS məlumat yayıb.

“Sərhədlərimizin yaxınlığında, o cümlədən Cənubi Qafqazda baş verən vəziyyəti müzakirə edək”, – deyə dövlət başçısı TŞ üzvləri ilə operativ müşavirəni açaraq bildirib.

O qeyd edib ki, Təhlükəsizlik Şurası planlı şəkildə “Uzaq Şərqdəki vəziyyətdən, Rusiyanın Uzaq Şərq regionunda və Cənub-Şərqi Asiyada maraqlarının təminindən də danışacaq”.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki,”Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü ərəfəsində Putin müşavirə iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevlə və Ermənistanın baş naziri Nikol Paşinyanla apardığı telefon söhbətləri barədə məlumat verib”.

“İclas iştirakçıları iki dövlətə atəşkəs çağırışlarını təzələyiblər”, – deyə o əlavə edib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …