Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Dünya / Putin siyasi mühacirlər üçün qapıları açdı

Putin siyasi mühacirlər üçün qapıları açdı

Prezident Vladimir Putin Rusiyada siyasi sığınacağın verilməsinə məhdudiyyətlərin götürülməsi ilə bağlı fərman imzalayıb.

Bu barədə Kremlin saytı xəbər yayıb.

Qeyd edilir ki, bu qərar beynəlxalq aləmdəki vəziyyətlə bağlıdır.

“Son zamanlar dünyada baş verən hadisələr, insan hüquqlarının pozulması, jurnalistlərin və ictimai xadimlərin sıxışdırılması onları yaşamaq üçün ölkələri xaricində sığınacaq axtarmağa məcbur edir”, – deyə sənədə şərhdə bildirilir.

Bununla belə, vurğulanır ki, bir sıra məhdudiyyətlərin götürülməsinə baxmayaraq, siyasi sığınacağın verilməsi haqda qərar fərdi qaydada qəbul ediləcək. Virtualaz.org

Həmçinin oxuyun

Zombi general Manvel Qriqoryan qəbirdən “çıxdı” – Video

Yanvarın 6-da Xocalı soyqırımını törədənlərdən biri, erməni general Manvel Qriqoryanın yaxınları onun məzarını ziyarət etmək …