Cümə , Oktyabr 30 2020
Ana səhifə / Dünya / Putin şərtləri diqtə edir, pullar yenə sel kimi axır…

Putin şərtləri diqtə edir, pullar yenə sel kimi axır…

50 ildən artıq dövr ərzində Səudiyyə Ərəbistanının neft naziri OPEC-in növbəti iclasında hansı qərarların qəbul edilə biləcəyinə dair cəmi iki söz deməklə neftin qiymətlərinə təsir göstərə bilərdi. Nəticədə insayderlər milyonlarla, hətta milyardlarla dollar qazanc əldə edirdi. İndi isə hər şey dəyişib. OPEC-in neftin qiymətinə təsir imkanı qalsa da bu məsələdə həlledici rolu səudiyyəlilər deyil, Rusiya prezidenti Vladimir Putin oynayır.

Bu sətirlər “Bloomberg”in OPEC və bu kartelə daxil olmayan neft ölkələrinin gələn həftə noyabrın 30-da keçiriləcək yığıncağı ərəfəsində dərc etdiyi təhlildəndir. Vyanada OPEC+ fortmatında keçiriləcək toplantıda neft hasilatının məhdudlaşdırılmasına razılaşmanın uzadılması məsələsinə baxılacaq. Hansı ki, bu razılaşma sayəsində neftin qiymətinin “dibə vurmasının” qarşısı alınıb, hazırda qara qızılın bir barreli 64 dollara yaxındır və nəticədə Rusiya da daxil olmaqla neft ölkələri yenidən neft pullarının sel kimi axdığı günlərin geri qayıtmasından məmnun görünür.

“Putin dünya energetikasının çarı oldu”-bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Helim Kroft deyir. O, Nyu-Yorkda RBC Capital Markets konsaltinq şirkətində qlobal əmtəə strategiyaları üzrə araşdırmalara rəhbərlik edir.

OPEC-in yüksək rütbəli rəsmisi isə adının açıqlanmaması şərti ilə bildirib ki, Putin hazırda şərtləri diqtə edir. “Bloomberg” neft bazarında şərtləri Putinin diqtə etdiyinə misal olaraq onun Səudiyyə kalı Salmanın Moskvaya səfəri ərəfəsində verdiyi bəyanatı xatırladır. Putin bildirmişdi ki, OPEC+ razılaşması gələn il də uzadıla bilər, hərçənd bu məsələdə yekun qərar verilməyib. Buna baxmayaraq Putinin bəyanatı kifayət etdi ki, neftin qiymətləri qısa müddət də olsa kəskin artsın.

Agentlik qeyd edir ki, Kremlin OPEC üzərində getdikcə artan təsiri dünya arenasında iqtisadi, diplomatik, hərbi və kəşfiyyat tədbirlərinin geniş arsenalından istifadə etməklə ABŞ-ın nüfuzunu azaltmağa yönəlmiş siyasətinin tərkib hissəsidir.

Gözlənilir ki, noyabrın 30-da Vyanada neft hasilatının məhdudlaşdırılmasına dair razılaşma qüvvədə saxlanılacaq. Bu zaman Putinin mövqeyi növbəti dəfə diqqət mərkəzinə gələcək.  “Ortada bütün maraqlı ölkələrin, o cümlədən Putinin bu sövdələşməyə cəlb etdiyi Azərbaycan və Qazaxıstan kimi keçmiş sovet respublikalarının iqtisadi və siyasi maraqları var. Bu görüşün iştirakçısı olacaq ölkələr dünya neft hasilatının 60 faizini təmin edir”-agentlik qeyd edir. (Virtualaz.org)

Həmçinin oxuyun

Dünyada koronavirusa yoluxanların sayı 45 milyon nəfəri ötdü

Dünyada COVID-19-a yoluxma hallarının sayı 45 milyonu keçib. Bu barədə “Report” ayrı-ayrı ölkələrin statistikasına istinadən …