Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Dünya / Putin: “Rusiya Əfqanıstandakı münaqişəyə müdaxilə etməyəcək”

Putin: “Rusiya Əfqanıstandakı münaqişəyə müdaxilə etməyəcək”

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Əfqanıstandakı münaqişəyə qarışmayacağını bildirib.

“RİA Novosti” xəbər verir ki, o, bunu hakim “Vahid Rusiya” partiyasının qurultayındakı çıxışı zamanı bəyan edib.

“Biz Əfqanıstandakı vəziyyəti diqqətlə izləyirik. Lakin müdaxilə etməyəcəyik, xüsusilə də hamının hamıya qarşı olduğu hərbi münaqişəyə qatılmayacağıq”, – deyə dövlət başçısı qeyd edib.

Putin xatırladıb ki, vaxtilə SSRİ-nin Əfqanıstana müdaxilə təcrübəsi olub və Rusiya bu təcrübədən nəticə çıxarıb.

Həmçinin oxuyun

Putin ermənini KTMT-yə nümayəndə təyin etdi

Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Mikael Ağasandyanı ölkəsinin Kollektiv …