Lenta.ru xəbər verir ki, çarxda mundialda iştirak edəcək 32 ölkə nümayəndəsinin topla davranışı nümayiş olunub.

Çəkilişdə Dieqo Maradona, Karles Puyol, Dieqo Forlan, Ueyn Runi, Miroslav Kloze və digər məşhur futbolçular, həmçinin FİFA-nın prezidenti Canni İnfantino da iştirak edib.

Qeyd edək ki, çempionat 2018-ci ilin 14 iyununda başlayacaq. Oyunlar Rusiyanın 11 şəhərində keçiriləcək.