Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Putin reklam etdi, Avropada satışları artdı – Foto

Putin reklam etdi, Avropada satışları artdı – Foto

Rusiya prezidenti Vladimir Putinin rus avtomobil nəhəngi “Lada”nın “Vesta” və “Granta” modellərini tanıtmasından sonra Avropada maşınların satışında artım müşahidə olunub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, “Focu2Move” araşdırma şirkətinin məlumatına görə, bu ilin ilk 9 ayında 82 min 794 “Lada Vesta” satılıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə avtomobillərin sayına görə 46,5% artım deməkdir. Builki satışlar sayəsində “Lada” Avropada ən çox satılan maşınlar siyahısında 71-ci yerdən 49-cu pilləyə yüksəlib.

“La Granta” modeli isə bu ilin ilk 9 ayında 74 min 463 ədəd satılıb. Bu model ötən illə müqayisədə pillələrdə yüksələrək 55-ci yerdə qərarlaşıb.

 

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …