Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Putin özünü həm seçkilərə, həm də prezidentlikdən sonrakı dövrə hazırlayır- Qərb mediası

Putin özünü həm seçkilərə, həm də prezidentlikdən sonrakı dövrə hazırlayır- Qərb mediası

Vladimir Putin hələ 2018-ci il seçkilərinə namizədliyini açıqlamayıb. Lakin kulislərdə onun namizədliyinə və seçilməsinə hazırlıq tam sürətlə davam edir.

Putinin müəmmalı susqunluğu mətbuatda, xüsusilə də Qərb mediasında ciddi maraq oyadıb.

“Putin 2000-ci ildən bu yana prezident vəzifəsini tutur. Sadəcə 2008-2012-ci illər arasında o, 4 illik “baş nazirlik pauzası” götürüb. Bəlkə o, artıq prezident səlahiyyətlərinin yükündən yorulub?”, – Almaniyanın “Bild” qəztindən Filip Piatov yazır.

Məqalə müəllifi bunu az ehtimal hesab olunan versiya hesab edir. O, Kremlin Putinin seçilməsi üçün 70/70 formulası, yəni əhalinin 70% iştirakı ilə 70% səs almaq layihəsi üzərində ciddi şəkildə səy göstərdiyini yazır. Bunu Prezident Adminitrasiyasının nüfuzlu nümayəndəsi Sergey Kiriyenko da öz dili ilə təsdiq edib.
Filip Piatov bunun üçün Kreml funksionerlərinin Putinin partiya adından deyil, müstəqil namizəd olaraq göstəriləcəyini iddia edir. Kreml strateqlərinin fikrincə, Putindən fərqli olaraq “Vahid Rusiya”nın aşağı reytinqi prezidentin də populyarlığına da ciddi şəkildə mənfi təsir göstərə bilər.

Картинки по запросу путин единая россия

Piatov bu yaxınlarda üst-üstə baş verən qubernator istefalarını da seçkiyə hazırlıq olaraq dəyərləndirib.

“Putini çox güman ki axırıncı olacaq ağır prezidentlik dövrü gözləyir. O bilir ki, bundan sonra onun hörməti əvvəlki səviyyədə qalmayacaq. Buna isə xüsusi olaraq hazırlaşmaq lazımdır”, – siyasi ekspert Andreas Umland müəllifə bildirib.

Məqalədə Putinin siyasi həyatında ilk dəfə insanları bütün ölkə boyu səfərbər edə bilən və qurduğu internet strategiyası sayəsində Rusiya gəncliyi arasında olduqca populyarlaşan bir rəqibə də rast gəldiyi vurğulanır. Həmin adam 41 yaşlı Aleksey Navalnıdır.

Картинки по запросу aleksey navalni miting

Umlandın fikrincə, 2018-ci ildə Navalnının heç bir şansı yoxdur. Onu heç seçkiyə də buraxan deyillər.

“Rusiyada yalançı çoxpartiyalılıq rejimi hökm sürür. Navalnı yeganə adamdır ki, Putinin ölkədə qoyduğu qaydalarla oynamır. Elə onun əsas məqsədi 2018-ci il seçkilərindən istifadə etməklə əslində 2024-cü ilə hazrlaşmaqdır”, – politoloq bildirir.

“Bloomberg” agentliyi isə Kreml daxilində siyasi savaşların indidən qızışdığını xəbər edir. Hazırda kulislər arxasında baş nazir Dmitri Medvedevin ətrafında gərgin mübarizə hökm sürür.

Onlar Aleksey Navalnının “youtube”-da yayımladığı Dmitri Medvedevin korrupsiya əməllərini ifşa edən “O sizin üçün Dimon deyil” adlı araşdırma xarakterli sənədli süjetinə də daxili mübarizənin təzahürü kimi baxırlar.

Картинки по запросу он вам не димон

“Ola bilər ki, mart seçkilərindən sonra Putin artıq Medvedevə əvvəlki kimi dəstək verməsin. Lakin yaxın zamanlarda prezident də ehtiyat tədbirlərini görmək məcburiyyətində qala bilər”,- “Bild”in məqaləsində yazılıb.

Andreas Umlandın fikrincə, sistem tamamilə Putin üzərində və onun üçün qurulduğuna görə olduqca qeyri-sabitdir. Məhz buna görə də ekspert Navalnı üçün ciddi şans doğduğunu yazıb. “Əgər varis axtarışında problem meydana çıxsa Navalnı özünü dərhal irəli atacaq”, -politoloq yekunda qeyd edir.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …