Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Dünya / Putin orduya tapşırıqlar verdi:”Dünyada və bölgəmizdə təhdid xarakterli hadisələr yaşanır”

Putin orduya tapşırıqlar verdi:”Dünyada və bölgəmizdə təhdid xarakterli hadisələr yaşanır”

Rusiya Prezidenti Vladimir Putin Soçidə Müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin səlahiyyətliləri ilə görüşüb.

O, görüşdə Rusiya ordusunun ən müasir təchizatlara malik olması ilə bağlı tapşırıqlar verib.

Putin bütün ordunun uzaqmənzilli S-400 və qısamənzilli “Pantsir-S” kimi havadan müdafiə sistemləri ilə təchiz edilməsini istəyib.

“Ordunun müasirləşdirilməsi məsələsində son illərdi əhəmiyyətli irəliləyiş əldə etdik. Rusiya Strateji Raket Qüvvələrinin modern silah səviyyəsi 82%-ə çatıb. Dünyada və bölgəmizdə qlobal təhlükəsizliyə təhdid rolunu oynayan hərbi və siyasi hadisələr yaşanmaqdadır. Ən əhəmiyyətlisi, ABŞ-ın Qısa və Ortamənzilli Raketlərin Ləğvi haqqında razılşamadan çıxmasıdır. Bu proseslər çərçivəsində yenilikçi texnologiyalarla silah sistemlərimizi inkişaf etdirmək lazımdır. Rusiya ordusu Suriyada müharibə şəraitindədir. Rusiyanın təyyarə əleyhinə raket sistemləri hər zaman daha təhlükəsiz olub. Bu səbəbdən, Rusiya Hərbi Hava Qüvvələrini bu sistemlərlə təmin etmək vacibdir”, – Putin bildirib/Publika.az.WhatsAppFacebookFacebook MessengerTwitterShare

Həmçinin oxuyun

Ərdoğan ABŞ-ın vitse-prezidenti ilə görüşdən imtina etdi – Video

“Mən ABŞ nümayəndə heyəti ilə deyil, Trampla görüşəcəyəm”. “Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə …