Cümə , Dekabr 4 2020
Ana səhifə / Dünya / Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”

Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”

Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyi və müdafiə-sənayesi kompleksi rəhbərliyi ilə iclas zamanı kreslosunun digərlərindən uzaqda yerləşdirilməsi ilə bağlı zarafat edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Uzaqda oturmusunuz? Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”, -deyə V.Putin soruşub.

Bu suala Rusiyanın Müdafiə naziri Sergey Şoyqu belə cavab verib: “Vladimir Vladimiroviç, biz sizdən qorxuruq”.

Qeyd edək ki, V.Putinin kreslosunun bir qədər aralıda yerləşdirilməsi koronavirus pandemiyası ilə bağlı xüsusi sanitariya tədbirləri ilə əlaqədar olub.  /Oxu.az

Həmçinin oxuyun

Koronavirus bütün dünyada tüğyan edir – STATİSTİKA

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 64 milyon 844 min 771 nəfərə çatıb. …