Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Putin: Navalnını Qərb ölkələrində saxlanılan rusiyalılarla dəyişməyə razılaşmışdım, amma o öldü

Putin: Navalnını Qərb ölkələrində saxlanılan rusiyalılarla dəyişməyə razılaşmışdım, amma o öldü

Rusiya Prezidenti Vladimir Putin həbsxanada vəfat edən Aleksey Navalnın mübadiləsinə razılıq verdiyini söyləyib.

Bu barədə Putin seçki qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib.

ABŞ-nin NBC kanalının müxbirinin prezident seçkilərinə buraxılmayan Boris Nadejdin, seçki kampaniyası dövründə həbsxanada vəfat edən Aleksey Navalnı barədə sual verib. Amerikalı jurnalist baş verənlərin demokratiya olub-olmadığını soruşub.

Putin Nadejdinin seçkilərə yaxşı hazırlaşmadığını, tərəfdaşları ilə düzgün işləmədiyini, imza toplanılan zaman saxtakarlığa yol verdiyini açıqlayıb:

“Əgər Nadejdin kampaniyada iştirak etməyibsə, bu, onun qeyri-qənaətbəxş hazırlıq işinin nəticəsidir”

Rusiya Prezidenti Navalnı ilə bağlı isə bildirib ki, onun ölümü kədərli hadisədir.

Putin Navalnını dəyişməyə razı olduğunu söyləyib. Navalnını Qərb ölkələrində olanlarla dəyişmək fikri var idi. Mən dərhal buna razılıq verdim. Biz onu dəyişmək istəyirdik ki, o qayıtmasın. Amma o, öldü. Bu (ölüm) olur, həyat belədir”.

Putin ABŞ-də da belə şeylərin baş verdiyini söyləyib.

APA

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …