Ana səhifə / Dünya / Putin müdafiə naziri postuna Belousovu təklif etdi

Putin müdafiə naziri postuna Belousovu təklif etdi

Rusiya prezidenti Vladimir Putin müdafiə naziri postuna Andrey Belousovun namizədliyini irəli sürüb.

Bu barədə Federasiya Şurasının Teleqram kanalında məlumat verilib.

Qeyd edək ki, 65 yaşlı Belousov müxtəlif vaxtlarda dövlət başçısı Vladimir Putinin iqtisadi məsələlər üzrə köməkçisi, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri olub və baş nazirin birinci müavini vəzifəsində çalışıb.

1981-2006-cı illərdə Rusiya Elmlər Akademiyasında (1991-ci ilə qədər – SSRİ Elmlər Akademiyası) işləyib.

Həmçinin oxuyun

Yusif Ələkbərov yenə Rusiyada ən varlı varis oldu – Onu 28,6 milyardlıq miras gözləyir

Məşhur “Forbes” nəşri rusiyalı milyarderlərin ən zəngin varislərinin növbəti reytinqini dərc edib.Yeniavaz.com xəbər verir ki, ötən …