Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Dünya / “Putin məsuliyyəti komandirlərin üzərinə atır”

“Putin məsuliyyəti komandirlərin üzərinə atır”

“Rusiyanın ən yüksək rütbəli hərbi zabiti general Valeri Gerasimovun Ukraynadakı müharibəyə rəhbər təyin edilməsi, Vladimir Putinin işğal planlarını yeni komandan olmadan gerçəkləşdirə bilməyəcəyini başa düşməsindən xəbər verir. Gerasimovun təyinatında məqsəd 2023-cü ildə Rusiyanın hərbi səylərini artırmağa hesablanıb. Ola bilsin, Putin Gerasimovun 2023-cü ildə müharibəni bitirmək üçün başladılan böyük hücuma nəzarət edə biləcəyinə inanır. Gerasimovun əsas vəzifələrindən biri Rusiyanın döyüş meydanında növbəti uğursuzluqlarının qarşısını almaqdır”.

Bu barədə ABŞ-ın “The Washington Post” nəşrində yayımlanan “Rusiyanın yeni komandiri Putinin Ukraynada qələbə qazanmaq planını əks etdirir” başlıqlı məqalədə bildirilir.

Sözügedən məqalənin bir hissəsinin tərcüməsini oxuculara təqdim edirik:

“Valeri Gerasimov kimdir?

Ordu generalı və müdafiə nazirinin müavini olan 67 yaşlı Gerasimov on ildən artıqdır ki, Baş Qərargah rəisidir və Ukraynadakı müharibənin planını hazırlayan şəxslərdən biridir. Gerasimov 2012-ci ildə Putin tərəfindən Rusiya Baş Qərargahına rəhbər təyin edilib və Rusiyanın 2014-cü ildə işğalı və qeyri-qanuni ilhaqı da daxil olmaqla, bütün hibrid müharibələrdə yaxından iştirak edib. 50 ilə yaxın xidməti olan Gerasimov mühafizəkar və təcrübəli səhra komandiridir, 1977-ci ildə sovet ordusuna qoşulub və tank korpusu komanirindən bu vəzifəyə qədər yüksəlib. O, cəmi üç ay müharibəyə rəhbərlik edən general Sergey Surovikini əvəz edib. Gerasimov Ukraynanın böyük əraziləri geri almasından sonra Rusiyanın mövqelərini sabitləşdirməyə borcludur.

Komandirlər Gerasimovun təyinatından qəzəbləniblər

Gerasimovun bir anda bu vəzifəyə təyinat alması rus komandirlər tərəfindən birmənalı qarşılanmayıb. Rus komandirlər döyüş meydanında məğlubiyyətlə nəticələn uğursuz planın baş memarlarından olan Gerasimovun müharibənin 11-ci ayında bu vəzifəyə gətirilməsindən qəzəbləniblər.

Təhlükəsizlik məsələləri üzrə analitik və ekspert Mark Qaleotti deyib ki, Putin tez-tez bu cür dəyişikliklərə gedərək, insanları inandırmağa çalışır ki, Ukraynadakı uğursuzluqlar komananlıqla əlaqədardır.

Rusiya Müdafiə Nazirliyinin çərşənbə günü açıqladığı bəyanatda bildirilir ki, dəyişikliyin səbəbi Ukraynadakı əməliyyatların genişlənməsi ilə bağlıdır və Rusiya qüvvələrinin idarə edilməsinin keyfiyyətini və effektivliyini artırmaq məqsədi daşıyır.

Şübhəsiz ki, rəhbərliklə bağlı dəyişikliyin əsl məqsədi nə olursa olsun, Putin heç vaxt belə bir fəlakətli vəziyyətə düşəcəyini gözləmirdi. Artıq bir sıra rusiyayönlü hərbi blogerlər də tələsik kadr dəyişikliləri, zəif təlim keçmiş və təchiz olunmuş hərbçilərlə Ukrayna savaşında uğur qazanalıcağına şübhə ilə yanaşırlar.

Putinin yeni “günah keçisi” Gerasimovdur

Putin Rusiyanın növbəti məğlubiyyətlərə doğru getdiyini anladığı üçün bütün məsuliyyəti Gerasimovun üzərinə yükləmək istəyir. Putin qeyri-peşəkar bir hərbçi kimi, komandanlıqla bağlı dəyişikliklərdə təcrübəsiz davranır. O, bütün seçimlərini tərəddüd içərisində edir. Ona görə də bir neçə aydan sonra Gerasimov da bu vəzifədən uzaqlaşdırıla bilər.

Ancaq istənilən halda kadr dəyişikliyi yeni hücumların olacağından, müharibənin bir qədər də şiddətlənəcəyindən xəbər verir”.

AzPolitika.info

Həmçinin oxuyun

“SOCAR Türkiyə” zəlzələ bölgəsindəki xilasetmə avtomobillərini pulsuz benzinlə təmin edir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” şirkəti Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş …