Çərşənbə axşamı , Oktyabr 22 2019
Ana səhifə / Dünya / Putin Koçaryanla görüşəcək?- “Hələ ki, bilmirik”

Putin Koçaryanla görüşəcək?- “Hələ ki, bilmirik”

Bu günlərdə erməni mətbuatının diqqət mərkəzində olan əsas mövzu Rusiya Prezidenti Vladimir Putinin Yerevana qarşıdakı səfəri zamanı hazırda həbsdə olan Ermənistanın sabiq prezidenti Robert Koçaryanla görüşəcəyi ilə bağlıdır. “Sputnik-Armenia” agentliyi bu sualla Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskova müraciət edib.

Azərtac “Sputnik-Armenia” agentliyinə istinadla xəbər verir ki, D.Peskov bu məsələ barədə deyib: “Hələ ki, bilmirik”. Kremlin sözçüsü məlumatı nə təsdiq, nə də təkzib edib ki, bu da erməni siyasətçiləri arasında yeni müzakirələrə səbəb olub.

Xatırladaq ki, Avrasiya Ali Şurasının iclası oktyabrın 1-də Yerevanda keçiriləcək. Erməni mətbuatı yazır ki, bu tədbirdə iştirak edəcək Rusiya Prezidenti səfər zamanı Robert Koçaryanla da görüşə bilər. Həbsdə olan sabiq dövlət başçısının azadlığa buraxılması ilə bağlı son məhkəmə qərarı isə sentyabrın 17-də elan ediləcək.

Həmçinin oxuyun

“Belə xəyanət olar?” – Ərdoğan Putinlə görüş ərəfəsində İrana sərt mesaj verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranı sərt şəkildə tənqid edib. O, Rusiyaya səfərə yola düşməmişdən …