Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Dünya / Putin Köçəryana: “Pyotr vəsiyyət edib ki, erməniləri əzizləmək lazımdır…” -VİDEO

Putin Köçəryana: “Pyotr vəsiyyət edib ki, erməniləri əzizləmək lazımdır…” -VİDEO

2003-cü ildə Moskvada keçirilmiş Ümumdünya Erməni İttifaqının təsis qurultayında  Rusiya prezidenti V.Putin  Ermənistanın hazırda həbsdə olan eks-prezidenti Robert Köçəryana xitabən ermənilər haqqında xoş sözlər işlədib.
Moderator.az xəbər verir ki, bu haqda Rusiya saytlarından birində xatırladılıb.   Rusiya lideri İttfifaqlar Evinin Sütünlu salonunda keçirilən  qurultaydakı çıxışında ermənicə salam verdikdən sonra  gülümsəyərək yarı istehzalı şəkildə  deyib: 
“Böyük islahatçı, Rusiya çarı I Pyotrun fərmanlarından birində deyilir ki, erməniləri mümkün qədər əzizləmək və onların Rusiyaya gəlişinə şərait yaratmaq lazımdır… Cəmi 300 il keçib. Deyilib- icra edilib…” 
P.S. Putin Köçəryana onu demək istəyib ki, ermənilərin Rusiya imperiyası ərazisinə, o cümlədən Azərbaycan və xüsusən Qarabağa köçürülməsi, eləcə də bu gün Ermənistan adlı dövlətin mövcudluğu və onun Azərbaycan torpaqlarını işğal etməsi bizim sayəmizdə olub. Ona görə də bu gün də, sabah da əlimizdə alət olacaqsınız… Dünən prezident olan Köçəryanın bu gün həbslərdə çürüməsi də bunu sübut edir…

Həmçinin oxuyun

Rumıniyanın məşhur cadugəri: “Trampın mühacirlərə qarşı davranışlarını əngəlləyəcəyik”

Rumıniyada və ətraf ölkələrdə çox yayğın olan cadugər ailələrin cəmiyyətdə mühüm yeri var. Rumıniya parlamentində …